Sahibkarlar üçün seminarlar keçirilib

Sahibkarlar üçün seminarlar keçirilib
  14 May 2019    Oxunub:2103
“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində 14 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə, “Accessbank” QSC-nin baş ofisində “Sahibkarlar üçün Rəqəmsal Maliyyə Texnologiyalarından istifadənin rolu və onlara gətirəcəyi üstünlüklər” mövzusunda seminar təşkil edilib.
ABA-dan Azvision.az -a verilən məlumata görə, görüşdə “İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər”, "Rəqəmsal satış kanalları və e-commerce-in biznesin inkişafında rolu" və “Rəqəmsal maliyyə texnologiyalarının biznesdə rolu” mövzularında təlimlər keçirilmiş və bu istiqamətdə müzakirələr aparılıb.

Seminarda “Kapital Bank” ASC-nin, “Accessbank” QSC-nin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları təlimçi qismində çıxış ediblər.

Azvision.az


Teqlər: ABA  





Xəbər lenti